Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
“Report” xəbər verir ki, 66 kq çəkidə çıxış edən idmançı 1/16 finalda braziliyalı Daniel Karqninə qızıl xalla uduzub.
Qeyd edək ki, bu gün mübarizə aparan Azərbaycanın digər idmançısı - 52 kq çəki dərəcəsində yer alan Buyankişiq Purevsuren 1/32 finalda məğlub olub.
***11:16. Azərbaycanın kişi cüdoçusu dünya çempionatında mübarizəyə qələbə ilə başlayıb
Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən dünya çempionatının ikinci yarış günündə Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.
"Report" xəbər verir ki, qadınların yarışında 52 kq çəki dərəcəsində yer alan Buyankişiq Purevsuren 1/32 finalda böyük britaniyalı Çelsi Gilzə 80 saniyəyə ipponla uduzub.
Əvəzində 66 kq çəkidəki kişi cüdoçu Nicat Şıxəlizadə misirli Məhəmməd Abdelmavquta 38 saniyəyə ipponla qalib gəlib. Növbəti mərhələdə rəqib braziliyalı Daniel Karqnin olacaq.
FOTOLAR: Firi Salim