Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi olub

Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi olub Azərbaycan atleti Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinin qalibi olub.
Fərdi
20 İyun , 2024 17:42
Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi olub

Azərbaycanın daha bir ağırlıqqaldıranı Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub.

"Report" xəbər verir ki, Aslan Əmiraslanov birdən qaldırma hərəkətində 114 kq-ı ram edərək qızıl medala sahib çıxıb.

Bundan başqa, o, təkanla qaldırma hərəkətində 140 kq-ı başı üzərinə qaldıraraq bütün rəqiblərini üstələyib. Təmsilçimiz toplam 254 kq (114+140) nəticə ilə yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və yarışı 3 qızıl medalla bitirib.

Allahverdi Qaragözov toplam 225 kq (100+125) nəticə ilə 5-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi