Azərbaycanın daha 2 cüdoçusu dünya çempionatı ilə vidalaşıb - YENİLƏNİB-2

Azərbaycanın daha 2 cüdoçusu dünya çempionatı ilə vidalaşıb - YENİLƏNİB-2 Zelim Kotsoyev ilk, Elmar Qasımov üçüncü görüşündə uduzub
Fərdi
25 Sentyabr , 2018 11:44
Azərbaycanın daha 2 cüdoçusu dünya çempionatı ilə vidalaşıb - YENİLƏNİB-2
Report/ Firi Salim

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan cüdoçusu Elmar Qasımov Bakıda keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində rəqib gürcüstanlı Varlam Liparteliani olub. Əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda isə Liparteliani ipponla qələbə qazanıb. Bununla da Qasımov dünya çempionatı ilə vidalaşıb. 


*** 11:01

Azərbaycan cüdoçusu Elmar Qasımov Bakıda keçirilən dünya çempionatında 1/16 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində rəqib monteneqrolu Danilo Pantiç olub. Qasımov 1 dəqiqə 58 saniyəyə ipponla qalib gəlib. 1/8 finalda o, Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə qarşılaşacaq. 


*** 10:12

Azərbaycan cüdoçusu Elmar Qasımov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsindəki 28 yaşlı idmançı 1/32 finala təsadüf edən ilk görüşündə isveçli Martin Paçekə 41 saniyəyə ipponla qalib gəlib. Onun 1/16 finaldakı rəqibi monteneqrolu Danilo Pantiç olacaq.

Əvəzində Zelim Kotsoyev elə isveçli Yoakim Dvarbiyə 3 dəqiqə 8 saniyəyə uduzub. O, rəqibin saxlama fəndi qarşılığında təslim olub. 

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi