Azərbaycanın cüdo yığması dünya çempionatında beşinci yeri tutub - YENİLƏNİB-3

Azərbaycanın cüdo yığması dünya çempionatında beşinci yeri tutub - YENİLƏNİB-3 Təsəlliverici görüşdə Hollandiya məğlub edilib
Fərdi
27 Sentyabr , 2018 16:37
Azərbaycanın cüdo yığması dünya çempionatında beşinci yeri tutub - YENİLƏNİB-3
Report/ Firi Salim

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatında beşinci yeri tutub.

“Report” xəbər verir ki, yığma bürünc medal uğrunda görüşdə Rusiya kollektivinə 1:4 hesabı ilə uduzub.

Azərbaycan - Rusiya 1:4

57 kq. İçinxorlu Munxtsedev – Anastasiya Konkina 0:1

70 kq. Günel Həsənli – Alena Prokopenko 0:1

90 kq. Məmmədəli Mehdiyev – Mixael İqolnikov 0:1

+90 kq. Uşangi Kokauri – İnal Tasoyev 0:1

73 kq. Hidayət Heydərov – Musa Moquşkov 1:0

+70 kq. İrina Kindzerska – Anzela Qasparyan – görüş keçirilməyib


***13:56. Azərbaycan cüdo yığması dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxıb.

"Report"un məlumatına görə, rəqib Hollandiya yığması olub. Görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 4:2.
Heyətdəki qadın cüdoçulardan İçinxorlu Munxtsedev (57 kq) və İrina Kindzeska (+70 kq) görüşlərini qələbə ilə başa vurublar. Günel Həsənli (70 kq) isə rəqibinə məğlub olub.

Kişilərdən Məmmədəli Mehdiyev (90 kq) və Hidayət Heydərov (73kq) da rəqibini üstələməyi bacarıb. Uşangi Kokauri (+90 kq) isə rəqibinə məğlub olub.

Bununla da Azərbaycan komandası bürünc medal görüşünə vəsiqə qazanıb. 

Dünya çempionatı
27 sentyabr
Komanda yarışları
Azərbaycan - Hollandiya - 4:2

57 kq. İçinxorlu Munxtsedev – Devi Kartauz – 1:0
70 kq. Günel Həsənli – Fransen Yul - 0:1
+70 kq. İrina Kindzerska – Van Dik Sanne - 1:0
90 kq. Məmmədəli Mehdiyev – Noel Van End - 1:0
+90 kq. Uşangi Kokauri – Roy Meyer - 0:1
73 kq. Hidayət Heydərov – Sam Van Vestend - 1:0


*** 11:30

Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, rəqib Yaponiya yığması olub. Görüş "gündoğar ölkə" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:2. Heyətdəki qadın cüdoçuların hamısı - İçinxorlu Munxtsedev (57kq), İrina Kindzeska (+70 kq) və Günel Həsənli (70 kq) rəqiblərinə məğlub olublar.

Kişilərdən Uşangi Kokauri (+90 kq) əlavə vaxtda rəqibinə ipponla qalib gəlib. Məmmədəli Mehdiyev (90 kq) də rəqibini üstələməyi bacarıb. Rüstəm Orucov (75 kq) isə ipponla məğlub olub.

Dünya çempionatı
27 sentyabr
Komanda yarışları
1/4 final
Azərbaycan - Yaponiya - 2:4
57 kq. İçinxorlu Munxtsedev – Momo Tamaoki – 0:1
70 kq. Günel Həsənli – Yoko Ono - 0:1
+70 kq. İrina Kindzerska – Sara Asahina - 0:1
90 kq. Məmmədəli Mehdiyev – Mukayi Şoiciro - 1:0
+90 kq. Uşangi Kokauri– Yusey Oqava - 1:0
73 kq. Rüstəm Orucov – Arata Tatsukava - 0:1


*** 10:00

Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. 

"Report"un məlumatına görə, yerli kollektiv 1/8 finalda Avstriyanı üstələməyi bacarıb. Heyət üzvlərindən  yalnız Günel Həsənli (70 kq) görüşünü məğlubiyyətlə başa vurub.  Digər qadın cüdoçu İçinxorlu Munxtsedev rəqibi olmadığı üçün qalib elan olunub. İrina Kindzeska (+70 kq) isə rəqibinə qalib gəlib. 

Kişilərdən Tural Safquliyev (90 kq) və Uşanqi Kokauri (+90 kq) qalib gəlib. Hidayət Heydərovun (73 kq) isə mübarizə aparmasına ehtiyac qalmayıb. Çünki Azərbaycan yığması bu görüşədək qələbəni təmin edib - 4:1. 

1/4 final mərhələsində rəqib Yaponiya olacaq. 

Dünya çempionatı

27 sentyabr

Komanda yarışları

1/8 final

Azərbaycan - Avstriya - 4:1

57 kq. İçinxorlu Munxtsedev - rəqibi olmadığı üçün qalib elan olunub.

70 kq. Günel Həsənli - Mixaela Polleres - 0:1

+70 kq. İrina Kindzerska - Mariya Höllvart - 1:0

90 kq. Tural Safquliyev - Sebastian Şnayder - 1:0

+90 kq. Uşanqi Kokauri - Daniel Allerstorfer - 1:0

73 kq. Hidayət Heydərov - Lukas Rayter görüşü keçirilməyib. 

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi