Azərbaycanın bir karateçisinin adı Premyer Liqa turnirinə son anda daxil edilib

Azərbaycanın bir karateçisinin adı Premyer Liqa turnirinə son anda daxil edilib Bakıda keçiriləcək karate üzrə Premyer Liqa yarışında son anda daha bir Azərbaycan iştirakı rəsmiləşib.
Fərdi
2 Sentyabr , 2022 00:54
Azərbaycanın bir karateçisinin adı Premyer Liqa turnirinə son anda daxil edilib

Bakıda keçiriləcək Premyer Liqa yarışında son anda Azərbaycanın daha bir karateçisinin iştirakı rəsmiləşib.

Bu barədə "Report"a Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.

O bildirib ki, dördqat Avropa mükafatçısı, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi və Minsk-2019 II Avropa Oyunlarının medalçısı olan kataçı Roman Heydərovun da adı yarışın iştirak ərizəsinə salınıb: "Heydərovun adı qeydiyyatdan keçirilməmişdi. Yarış iştirakçılarından birinin gəlməməsi dəqiqləşdiyi üçün onun yerinə Romanın adı iştirak ərizəsinə daxil edildi".

Qeyd edək ki, 2 - 4 sentyabrda Heydər Əliyev adına İdman Kompleksində keçiriləcək yarışda Azərbaycan 17 idmançı (16 kumite və 1 kata) ilə mübarizə aparacaq. Ümumilikdə isə 58 ölkədən 350-dək karateçi çıxış edəcək. Ən böyük heyətlə İtaliya (23), Yaponiya (21) və Türkiyə (20) təmsil olunacaq.

Premyer Liqaya ötən il "Grand Winner" titulunu qazanmış 8 karateçi - Serap Özçelik Arapoğlu, Mərvə Çoban, Məltəm Hocaoğlu Akyol (hər üçü Türkiyə), Anjelika Terlyuqa (Ukrayna), Fəryal Abdelaziz, Əli Əl-Savi (hər ikisi Misir), Zabiollah Purşab (İran), Qoqita Arkania (Gürcüstan) da qatılacaq.

Son xəbərlər

Orphus sistemi