Azərbaycanı Rusiyada keçiriləcək turnirdə təmsil edəcək güləşçilər müəyyənləşib

Azərbaycanı Rusiyada keçiriləcək turnirdə təmsil edəcək güləşçilər müəyyənləşib Azərbaycanı Rusiyanın Tümen şəhərində keçiriləcək yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə təmsil edəcək idmançılar məlum olub.
Fərdi
20 Sentyabr , 2024 17:02
Azərbaycanı Rusiyada keçiriləcək turnirdə təmsil edəcək güləşçilər müəyyənləşib

Azərbaycanı Rusiyanın Tümen şəhərində keçiriləcək yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə təmsil edəcək idmançılar müəyyənləşib.

Güləş Federasiyasından "Report"a verilən məlumata görə, ənənəvi turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli, Fərid Baxışlı (hər ikisi 63 kq), Ülvü Qənizadə, Faiq Səfərli (hər ikisi 72 kq) və Qurban Qurbanov (82 kq) təmsil edəcək.

Komanda sabah Rusiyaya yollanacaq.

Qeyd edək ki, dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil olunacaq yarışda Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları iştirak edəcək. Turnir sentyabrın 24-25-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi