Azərbaycan üzgüçüsü Rusiyadakı beynəlxalq yarışda iki bürünc medal qazanıb

Azərbaycan üzgüçüsü Rusiyadakı beynəlxalq yarışda iki bürünc medal qazanıb Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə Rusiyada keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında uğurlu çıxış edib.
Fərdi
28 İyun , 2024 11:44
Azərbaycan üzgüçüsü Rusiyadakı beynəlxalq yarışda iki bürünc medal qazanıb

Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə Rusiyada keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında uğurlu çıxış edib.

Üzgüçülük Federasiyasından "Report"a verilən məlumata görə, idmançı 1500 metr məsafəyə sərbəst üsulla gümüş, 200 metr məsafəyə batterflay üsulla bürünc medal qazanıb.

Beynəlxalq yarışda ölkəmizi həmçinin Oqtay Hüseynov, Vlastilina Xasyanova və Xumar Mustafayeva təmsil edirlər.

Qeyd edək ki, "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük üzrə yarışları iyulun 4-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi