Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı Oyunlarında iştirak edə bilər

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı Oyunlarında iştirak edə bilər Azərbaycan gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatı Oyunlarında iştirak edə bilər.
Fərdi
19 avqust 2022 08:55
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı Oyunlarında iştirak edə bilər

Azərbaycan gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatı Oyunlarında iştirak edə bilər.

Bu barədə "Report"a müsahibəsində Özbəkistanın idmanın inkişafı naziri Ədhəm İkramov məlumat verib.

Onun sözlərinə görə, təşkilata üzv olan 8 ölkənin - Rusiya, Çin, Hindistan, Pakistan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Qarğızıstanın gənclər və idman nazirləri səviyyəsində ilk yığıncağında sözügedən yarışın keçirilməsi ilə bağlı təşəbbüsə başlamaq qərara alınıb: "Düzdür, bizdə MDB Oyunları da var. Əsas məqsəd idmançılar üçün alternativ yox, əlavə stimul verən yarış təşkil etməkdir. Prezidentimizin də dediyi kimi, pandemiya bizi daha fərqli və güclü yaşamağa vadar edir. Fikrimcə, bu da böyük sınaqdır və dünyaya fərqli yaşamağı öyrədəcək. Biz Rusiya idmançılarını qəbul etməyə hazırıq. Niyə də Rusiya, Azərbaycan və digər qonşu ölkələrin də iştirakı ilə idmanın inkişafına təkan verə biləcək irimiqyaslı yarışlar keçirməyək?"

Ə.İkramov bildirib ki, iştirakçı sayı ilə bağlı təkcə təşkilata üzv olan 8 ölkə ilə kifayətlənmək istəmirlər: "Azərbaycan, İran kimi müşahidəçi ölkələr də var. Həmçinin, digər tərəfdaş ölkələrin bizə qoşulması istiqamətində də danışıqlar gedir. Bu ideya Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min tərəfindən də dəstəklənib. O, gənclər və idman nazirlərinin ilk yığıncağında şəxsən iştirak etmişdi. Biz bunu gizli şəkildə elan etməyəcəyik. Əksinə, böyük təbliğat işləri olacaq. Hələlik isə İşçi Qrup bununla məşğul olur. Düşünürəm ki, bu yarış da ən azı MDB Oyunları kimi maraqlı mübarizə meydanı olacaq. Azərbaycan da müşahidəçi ölkə kimi bu ideyanı inamlı şəkildə dəstəkləmək hüququna malikdir. Çünki ölkəniz də bu yarışa dəvət alacaq. Bu, ya 2022-ci ildə, ya da gələn il olacaq".

Ədhəm İkramovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Azərbaycan cüdoçuları Latviyada keçirilən Avropa çempionatında daha 2 medal qazanıblar

Azərbaycan cüdoçuları Latviyada keçirilən Avropa çempionatında daha 2 medal qazanıblar Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının üçüncü günündə millimiz daha 2 medal qazanıb.
Fərdi
25 may 2025 10:01
Azərbaycan cüdoçuları Latviyada keçirilən Avropa çempionatında daha 2 medal qazanıblar

Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilən veteranlar arasında Avropa çempionatının üçüncü günündə daha 2 medal qazanıblar.

"Report" Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yeganə qadın təmsilçimiz Zülfiyyə Hüseynova (F-6, 70 kq) bütün rəqiblərinə ipponla qalib gələrək Avropa çempionu olub.

M-1 yaş kateqoriyasında çıxış edən Samir İsmayılov (73 kq) isə üçüncü yeri tutaraq bürünc medal əldə edib. 

Daha əvvəl Fərhad Rəcəbli (M-8, 90 kq), Babək Hacıyev (M-4, 60 kq), Vaqif Kərimov (M-4, 73 kq), Emil Hüseynov (M-4, 100 kq) qızıl, Samir İsmayılov (M-3, 81 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, hazırda aktivində 7 medal (5 qızıl, 2 bürünc) olan yığma 37 ölkə arasında kişilərin mübarizəsində 4-cü, ümumi komanda sıralamasında isə 5-ci pillədə qərarlaşıb.

Azərbaycan avarçəkəni beynəlxalq yarışda qızıl medal qazanıb

Azərbaycan avarçəkəni beynəlxalq yarışda qızıl medal qazanıb Azərbaycan avarçəkəni beynəlxalq yarışda qızıl medal qazanıb
Fərdi
24 may 2025 20:05
Azərbaycan avarçəkəni beynəlxalq yarışda qızıl medal qazanıb

Azərbaycan avarçəkəni Tatyana Smilovenko Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turnirində qızıl medal qazanıb.

"Report" xəbər verir ki, o, 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə uğurlu çıxış edib.

Bundan başqa, kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə isə ikinci yer tutub.

Qeyd edək ki, yarışda 20-dən çox ölkənin təmsilçisi qüvvəsini sınayıb.

"Formula 1": Monako Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilot bəlli olub

"Formula 1": Monako Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilot bəlli olub "Formula 1" üzrə Monako Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilot bəlli olub.
Fərdi
24 may 2025 19:19
Formula 1: Monako Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilot bəlli olub

"Formula 1" üzrə Monako Qran-prisinin sıralama turunda ən yaxşı nəticə göstərən pilot müəyyənləşib.

"Report"un məlumatına görə, “Maklaren”dən Lando Norris birinci yeri tutub.

"Ferrari"dən Şarl Lekler ikinci, Norrisin komanda yoldaşı Oskar Piastri üçüncü olub.

Qeyd edək ki, Monako Qran-prisində əsas yarış mayın 25-də baş tutacaq.

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Fərdi
24 may 2025 17:19
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

"Report" xəbər verir ki, imtahanda 161 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib.

Sınağı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 3 qızıl medal qazanıblar

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 3 qızıl medal qazanıblar Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisinin üzvləri 3 qızıl və 1 bürünc medal qazanıblar.
Fərdi
23 may 2025 23:28
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 3 qızıl medal qazanıblar

Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisinin üzvləri 3 qızıl və 1 bürünc medal qazanıblar.

"Report" xəbər verir ki, M-4 yaş kateqoriyasında Babək Hacıyev (60 kq), Vaqif Kərimov (73 kq) və Emil Hüseynov (100 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.

M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (81 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, turnirin ilk günündə Fərhad Rəcəbli (M-8, 90 kq) də qızıl medala sahib çıxıb.

Hazırda yığma 5 medalla (4 qızıl, 1 bürünc) 37 ölkə arasında ümumi sıralamada 4-cü pillədə qərarlaşıb.

Azərbaycan taekvondo millisinin üzvləri təlim-məşq toplanışlarına cəlb olunublar

Azərbaycan taekvondo millisinin üzvləri təlim-məşq toplanışlarına cəlb olunublar Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri təlim-məşq toplanışlarına cəlb olunublar.
Fərdi
23 may 2025 17:44
Azərbaycan taekvondo millisinin üzvləri təlim-məşq toplanışlarına cəlb olunublar

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri təlim-məşq toplanışlarına cəlb olunublar.

"Report" xəbər verir ki, idmançılar baş məşqçi Rəşad Məmmədov, məşqçilər Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında hazırlıq keçirlər.

Qeyd edək ki, təlim-məşq toplanışının məqsədi iyulun 20-26-sı aralığında Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osiyek şəhərlərində keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.

Son xəbərlər

Orphus sistemi