Azərbaycan para-atletləri Qran-pridə daha 3 medal qazanıblar

Fərdi
  • 27 may, 2022
  • 14:39
Azərbaycan para-atletləri Qran-pridə daha 3 medal qazanıblar

Azərbaycan para-atletləri İsveçrənin Nottvil şəhərində keçirilən Qran-pridə daha 3 medal qazanıblar.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, disk atma növündə iştirak edən Oloxan Musayev (F55) 34.47 metr, uzunluğa tullanma növündə iştirak edən Elçin Muradov (T11) 6.15 metr nəticə göstərərək 1-ci yeri tutublar.

Uzunluğa tullanma növündə iştirak edən digər idmançı Toğrul Hümbətov (T11) isə 5.73 metr nəticə ilə gümüş medala sahib çıxıb.