Azərbaycan Kamandan Oxatma Federasiyasına yeni prezident seçilib

Azərbaycan Kamandan Oxatma Federasiyasına yeni prezident seçilib Azərbaycan Oxatma Federasiyasının bu gün növbədənkənar ümumi yığıncağı keçirilib.
Fərdi
22 May , 2024 12:11
Azərbaycan Kamandan Oxatma Federasiyasına yeni prezident seçilib

Azərbaycan Kamandan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağında quruma yeni prezident seçilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir bu gün nazirliyin inzibati binasında baş tutub.

Konfrans iştirakçılarını salamlayan gənclər və idman naziri Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Federasiya prezidenti Şahin Mövsümov təşkilata rəhbərlik etdiyi 16 il ərzində bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Kamandan Oxatma Federasiyasının rəhbərliyinə seçki keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev federasiyanın prezidenti seçilib.

Anar Quliyev göstərilən etimada görə təşəkkür edib, qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Son xəbərlər

Orphus sistemi