Azərbaycan Rusiyadakı beynəlxalq turnirdə medal sıralamasında 7-ci olub

Azərbaycan Rusiyadakı beynəlxalq turnirdə medal sıralamasında 7-ci olub Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarına yekun vurulub.
Fərdi
22 İyun , 2024 23:01
Azərbaycan Rusiyadakı beynəlxalq turnirdə medal sıralamasında 7-ci olub

Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarına yekun vurulub.

"Report" xəbər verir ki, Azərbaycan boksçularından Seyid Seyidov (86 kq) gümüş, Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq), Tural Sarıyev (92 kq) və Vətən Hüseynli (92 kq) bürünc medala layiq görülüblər.

Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan komandası gümüş medal qazanıb. Şpaqa üzrə qızlardan ibarət komanda bürünc medala layiq görülüb.

Cüdoçulardan Musa Huseynli (90 kq) və Camal Feyziyev (+100 kq) bürünc medala sahib olublar.

Ümumilikdə idmançılarımız yarışı 34 medalla başa vurublar. Mükafatlardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürüncdür. Bu nəticə ilə Azərbaycan oyunlarda medal qazanan 32 ölkə arasında 7-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi