Azərbaycan Karate Federasiyasının "Daun xəstəlik deyil, fərqlilikdir" adlı layihəsi baş tutacaq

Fərdi
  • 26 fevral, 2025
  • 16:36
Azərbaycan Karate Federasiyasının Daun xəstəlik deyil, fərqlilikdir adlı layihəsi baş tutacaq

Azərbaycan Karate Federasiyasının (AKF) "Daun xəstəlik deyil, fərqlilikdir" adlı layihəsi baş tutacaq.

AKF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir fevralın 27-də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində təşkil olunacaq.

Layihənin əsas məqsədi daun sindromlu şəxslərin cəmiyyətə və idman ictimaiyyətinə (karateyə) inteqrasiyası, parakarateyə cəlb edilməsidir.

44 filmi