Azərbaycan idmançısı Karate1 Premyer Liqa turnirində gümüş medal qazandı

Fərdi
  • 02 may, 2021
  • 20:52
Azərbaycan idmançısı Karate1 Premyer Liqa turnirində gümüş medal qazandı

Azərbaycan millisinin üzvü Asiman Qurbanlı (+84 kq) Portuqaliyada Karate1 Premyer Liqa turnirində gümüş medal qazanıb.

“Report” xəbər verir ki, millinin digər üzvləri - Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət isə kata yarışını bürünc medalla tamamlayıb.

Nüfuzlu turnir idmançılara Tokio Olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırıb.

44 filmi