Azərbaycan idmançısı: “Avropa Oyunlarında rəqiblərin kimliyinin fərqi yoxdur”

Azərbaycan idmançısı: “Avropa Oyunlarında rəqiblərin kimliyinin fərqi yoxdur” “Avropa Oyunlarında rəqiblərin kimliyinin mənim üçün fərqi yoxdur”.
Fərdi
22 iyun 2023 09:54
Azərbaycan idmançısı: “Avropa Oyunlarında rəqiblərin kimliyinin fərqi yoxdur”

“Avropa Oyunlarında rəqiblərin kimliyinin mənim üçün fərqi yoxdur”.

“Report” xəbər verir ki, bunu Azərbaycan atıcısı Nurlana Cəfərova Polşada keçirilən III Avropa Oyunları barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.

O, 2015-ci ildə Bakıda, 2019-cu ildə isə Minskdə təşkil olunan Avropa Oyunlarına qatıldığını da xatırladıb: “Bu, mənim iştirak edəcəyim üçüncü Avropa Oyunları olacaq. Bu yarışlarda iştirak etdiyim üçün fəxr edirəm. İstər Avropa Oyunlarında, istərsə də Yay Olimpiya Oyunlarında rəqiblər həmişə gücü olur. Onlarla mübarizəyə hazıram”.

N.Cəfərova həftədə beş dəfə məşq keçdiklərini əlavə edib: “İntensiv şəkildə həm atış, həm də fiziki hazırlıq üzərində çalışırıq. Ümid edirəm ki, bu məşqlərin yarışda bizə köməyi olacaq”.

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi