Azərbaycan karateçiləri “Avrasiya Kuboku 2024” beynəlxalq festival-turnirdə 15 medal qazanıblar

Azərbaycan karateçiləri “Avrasiya Kuboku 2024” beynəlxalq festival-turnirdə 15 medal qazanıblar 2024-cü ilin 11-13 oktyabr tarixlərində Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində döyüş sənətləri (koşiki karate-do idman növü) üzrə “Avrasiya Kuboku 2024” beynəlxalq festival-turnir keçirilib.
Fərdi
16 Oktyabr , 2024 23:06
Azərbaycan karateçiləri “Avrasiya Kuboku 2024” beynəlxalq festival-turnirdə 15 medal qazanıblar

2024-cü ilin 11-13 oktyabr tarixlərində Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində döyüş sənətləri (koşiki karate-do idman növü) üzrə “Avrasiya Kuboku 2024” beynəlxalq festival-turnir keçirilib.

Bu barədə "Report"a Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasından bildirilib.

Adıçəkilən turnirdə Kata və Kumite növləri üzrə yarışlarda federasiyanın baş məşqçisi Nazim Mövsümzadənin rəhbərliyi ilə Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının 3 məşqçi (Nazim Mövsümzadə, Sevinc Mövsümzadə, Kənan İsmayılzadə) və 10 idmançıdan ibarət yığma komandası da iştirak edib və hər zaman olduğu kimi ölkəmizin idman şərəfini layiqincə qoruyaraq qürurverici nailiyyətlərlə Vətənə qayıdıblar.

Qeyd edək ki, Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) və “Bolmart” supermarketlər şəbəkəsinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Azərbaycan Karate Federasiyası” İctimai Birliyinin təşkilati dəstəkləri ilə yarışlara qatılaraq uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi baxımdan sağlam ruhda tərbiyə olunmalarını təşviq və təbliğ etdirən bu əhəmiyyətli festival-turnirdə də həmişə olduğu kimi yüksək nəticələr göstərən idmançılarımız son zamanlar mötəbər beynəlxalq yarışlarda əldə olunan böyük uğurların, parlaq nailiyyətlərin heç də təsadüfi olmadığını, federasiyanın yüksələn inkişaf xətti üzrə inamla irəlilədiyini bir daha sübut ediblər.

Kubok yarışlarında 7 iştirakçı dövlət yer alıb. Rusiya, Azərbaycan, Osetiya, Özbəkistan, Qazaxıstan, Belarus və Abxaziyadan olan 500-ə yaxın idmançının da qatıldığı turnirin nəticələrinə əsasən idmançılarımız Kata və Kumite yarışlarında 8 qızıl, 4 gümüş3 bürünc medal qazanaraq komanda hesabında 1-ci yerə layiq görülüb.

Kata üzrə nəticələr aşağıdakı kimidir:

  • Mövsümzadə Xədicə Nazim qızı ( 6-7) yaşlar arasında - 1-ci yer;
  • Salayev Fuad Əlibala oğlu (10-11) yaşlar arasında - 2-ci yer;
  • Babayev Məhəmməd Aydın oğlu (10-11) yaşlar arasında - 3-cü yer;
  • Mövsümzadə Zeynəb Nazim qızı (12-13) yaşlar arasında - 1-ci yer;
  • Fətullayev Ramal Arif oğlu (16-17) yaşlar arasında - 2-ci yer;
  • İsmayılzadə Kənan İsmayıl oğlu ( 18+) böyüklər arasında - 1-ci yer;
  • Mövsümzadə Sevinc Nazim qızı (18+) böyüklər arasında - 1-ci yer;
  • Mövsümzadə Nazim Gülağa oğlu veteranlar arasında - 1-ci yer.

Kumite üzrə nəticələr isə belədir:

  • Mövsümzadə Xədicə Nazim qızı (6-7) yaşlar arasında (-25kq) çəki dərəcəsində - 1-ci yer;
  • Babayev Məhəmməd Aydın oğlu (10-11) yaşlar arasında (-30kq) çəki dərəcəsində - 2-ci yer;
  • Mövsümzadə Zeynəb Nazim qızı (12-13) yaşlar arasında (-45kq) çəki dərəcəsində - 3-cü yer;
  • Balayev Xənifə-Amil Ramil oğlu (12-13) yaşlar arasında (+55kq) çəki dərəcəsində - 3-cü yer;
  • Məmmədov Teymur Rövşən oğlu (12-13) yaşlar arasında (-45kq) çəki dərəcəsində - 1-ci yer;
  • İsmayılzadə Kənan İsmayıl oğlu (18+) böyüklər arasında (-65kq) çəki dərəcəsində - 2-ci yer;
  • Əliyev Vüsal Akif oğlu (18+) böyüklər arasında (+85kq) çəki dərəcəsində - 1-ci yer.

Dövlətlərimiz arasında idman sahəsində mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı üçün komandamızın bu kimi turnirlərdə iştirakı çox vacibdir və idmançılarımızın beynəlxalq miqyaslı gələcək yarışlara hazırlıq səviyyəsinin yoxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İdmançılarımızın davamlı olaraq beynəlxalq arenalarda belə uğurlu nəticələr əldə etmələrinə görə daim idmana və idmançılara böyük qayğı ilə yanaşan ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da idmançılarımız qalib ölkəmizin idman şərəfini hər zaman layiqincə qoruyaraq yüksək nailiyyətlər əldə etmək üçün böyük əzmlə çalışacaqlar. Bu arada əlbəttə idmançılarımızın yarışlara lazımi səviyyədə hazırlığında Azərbaycan Koşıki Karate-do Federasiyasının Fəxri prezidenti Adnan Əhmədzadənin, federasiyanın prezidenti Rafael Bunyatovun, birinci vitse-prezident Yuri Mustafayevin, vitse-prezidentlər Vəliyulla Bunyatov və Ənvər Həzərxanovun, habelə yığmanın baş məşqçisi Nazim Mövsümzadənin əvəzsiz xidmətlərini də qeyd etmək yerinə düşər.

Bundan əlavə federasiya rəhbərliyi adından bu cür mötəbər yarışlarda iştirak üçün bizə daim köməklik göstərən, diqqət və qayğılarını bizdən əsirgəməyən Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbova və “Azərbaycan Karate Federasiyası” İctimai Birliyinin prezidenti cənab Ülvi Quliyevə öz təşəkkürümüzü və ehtiramımızı bildiririk.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin digər sahələrlə yanaşı idman sahəsinə də misilsiz diqqət və qayğısı onu göstərir ki, ölkəmizdə bütün idman növləri bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız mötəbər beynəlxalq yarışlarda davamlı olaraq böyük müvəffəqiyyətlər, inamlı nailiyyətlər qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi