Azərbaycanın 6 güləş hakiminin kateqoriyası dəyişib

Fərdi
  • 28 dekabr, 2018
  • 09:18
Azərbaycanın 6 güləş hakiminin kateqoriyası dəyişib

Bakı. 28 dekabr. REPORT.AZ/ Dünya Güləş Birliyi (UWW) ilin sonunda beynəlxalq kateqoriya alan və dərəcəsini yüksəldən hakimlərin adlarını açıqlayıb.

"Report" Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, imtahanlardan uğurla keçən 6 Azərbaycan hakiminin kateqoriyası dəyişib. Sədi Quliyev ən yüksək kateqoriya hesab olunan I-S dərəcəsinə yüksəlib. Bununla da olimpiya kateqoriyalı Azərbaycan hakimlərinin sayı 4-ə çatıb. Bu da Azərbaycan güləş tarixində yeni rekorddur. 

Elman İsmayılovla Abdul Nuriyev I kateqoriyaya sahib çıxıb. Buna qədər milli hakim statusunda olan Əli Babayev, Həbib Nurulu və Cəlal Bahadurov isə beynəlxalq hakim statusu alaraq, III dərəcəyə yüksəliblər.

Qeyd edək ki, digər I-S dərəcəli hakimlər Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyevdir.