Azərbaycan gimnastları Portuqaliyanın Maya şəhərindəki akrobatika gimnastikası üzrə Dünya Kubokunda 2 bürünc medal qazanıb.
"Report" xəbər verir ki, yarışda ölkəni təmsil edən Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlük qarışıq hərəkətlər proqramında 3-cü yeri tutublar.
Analoji uğura Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlük də imza atıb.