Azərbaycan gimnastları Bakıda keçirilən bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turnirində qızıl medal qazanıblar.
"Report"un məlumatına görə, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası bu dəfə 5 topla hərəkətlərin icrasında fəxri kürsüyə qalxıblar.

Azərbaycan gimnastları Bakıda keçirilən bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turnirində daha bir medal qazanıblar.
"Report"un məlumatına görə, yarışın üçüncü günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası 5 iplə hərəkətlərin icrasında ikinci yeri tutub.
Qeyd edək ki, bu kollektiv daha əvvəl çoxnövçülük proqramında gümüş medala sahib çıxıb.
