Azərbaycan gimnastika yığmasının məşqçiləri İspaniyada kurslarda iştirak edirlər

Azərbaycan gimnastika yığmasının məşqçiləri İspaniyada kurslarda iştirak edirlər Azərbaycan gimnastika yığmasının məşqçiləri İspaniyanın Marbelya şəhərində Avropa Gimnastikasının Texniki Komitəsi ilə İspaniya Gimnastika Federasiyası arasında əməkdaşlıq çərçivəsində keçirilən məşqçilik kurslarında iştirak edirlər.
Fərdi
14 noyabr 2023 07:02
Azərbaycan gimnastika yığmasının məşqçiləri İspaniyada kurslarda iştirak edirlər

Azərbaycan gimnastika yığmasının məşqçiləri İspaniyanın Marbelya şəhərində Avropa Gimnastikasının Texniki Komitəsi ilə İspaniya Gimnastika Federasiyası arasında əməkdaşlıq çərçivəsində keçirilən məşqçilik kurslarında iştirak edirlər.

“Report” xəbər verir ki, Səbinə Hacıyeva, Elnarə Hüseynova, Yevgeniya Vilyayeva, Aleksandra Reyş, Svetlana Olefir və Safura Qurbanova “Fərdi gimnastlar və qrup komandaları üçün fiziki və psixoloji hazırlıq” mövzusunda təşkil olunan bədii gimnastika üzrə kurslara qatılıblar.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi Siyana Vasileva isə tədbirdə ölkəmizi ekspert qismində təmsil edir.

Qeyd edək ki, məşqçilik kurslarına noyabrın 17-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi