Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib

Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib Azərbaycan Karate Federasiyasının (AFK) tərkibindəki Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib.
Fərdi
27 Yanvar , 2024 11:03
Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib

Azərbaycan Karate Federasiyasının (AFK) tərkibindəki Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib.

"Report"un məlumatına görə, tədbirə 600-dən çox uşaq, yeniyetmə və gənc idmançı qatılıb.

Seminara 60-dan çox məşqçi və müəllimlər də cəlb olunub.

Gəncə, Lənkəran, Yevlax və digər bölgələrin idmançıları da burada iştirak ediblər.

İlk olaraq Dövlət Himni səsləndirilib, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi ilə karatenin kyokuşin şinkyokuşin, şorinciryu kenkokan və aşihara növləri üzrə seminar start götürüb.

Sonda bütün iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Koşiki Karate-do Federasiyasının prezidenti Rafael Bünyatov, fəxri prezidenti isə Adnan Əhmədzadədir.

Son xəbərlər

Orphus sistemi