Azərbaycan cüdoçusu Xorvatiyadakı turnirdə qızıl medal qazanıb
Fərdi
- 16 noyabr, 2025
- 22:39
Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pridə qızıl medal qazanıb.
"Report"un məlumatına görə, son yarış günündə yığmamız aktivinə iki mükafat yazdırıb.
+100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. O, finalda Niderland idmançısı Yur Spaykersi ipponla məğlub edib.
90 kq çəkidə çıxış edən Vüqar Talıbov isə üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslan Kotsoyevdən üstün olaraq bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Hüseyn Allahyarov (60 kq) bürünc medala yiyələnib.
Beləliklə, 1 qızıl və 2 bürünc medal əldə edən Azərbaycan 48 ölkə arasında ümumi komanda hesabında beşinci, kişilərin mübarizəsində isə dördüncü yeri tutub.
Son xəbərlər
20:17
Zelenski, Vittkoff və Mertsin Berlində görüşü başlayıb
Digər ölkələr20:09
Qusarda yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Hadisə20:00
Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Naxçıvanda səfərdədir
Xarici siyasət19:47
Foto
Bakıda Özbəkistan Mədəniyyət Günlərinin açılışı olub
Mədəniyyət siyasəti19:38
Kavelaşvili: Gürcüstan Aİ-nin böhranına baxmayaraq, Avropanın bir hissəsi olmaq istəyir
Region19:25
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol19:11
Azərbaycan boksçusu: "Dünya çempionatında yaxşı nəticə əldə etdik"
Fərdi19:07
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Hadisə19:07