Böyük Dəbilqə: Azərbaycan cüdoçusu medal görüşünə çıxmayıb

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu medal görüşünə çıxmayıb Azərbaycan cüdoçusu Kəramət Hüseynov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə zədələnib.
Fərdi
17 Fevral , 2022 19:42
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu medal görüşünə çıxmayıb
Kəramət Hüseynov

Azərbaycan cüdoçusu Kəramət Hüseynov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə bürünc medal görüşünə çıxmayıb.

"Report"un məlumatına görə, 60 kq-da mübarizə aparan idmançı zədəli olduğu üçün qazaxıstanlı Maqjan Şamşadinlə 3-cü yer uğrunda qarşılaşmada iştirak etməyib.

Nəticədə texniki məğlubiyyət alan Hüseynov 5-ci yeri tutub.

17:10

Azərbaycan cüdoçusu Kəramət Hüseynov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə zədələnib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Baurjan Nabayev ilə görüşdə xəsarət alıb.

Hüseynov görüşün əvvəlində fəndi yerinə yetirdiyi vaxt zədələnib. Rəqibinə məğlub olan Azərbaycan idmançısına həkim müdaxilə edib.

Cüdoçu daha sonra meydanı tərk edib. Onun bürünc medal uğrunda qarşılaşmada iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, 34 ölkədən ümumilikdə 298 (165 kişi, 133 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq. Son məlumata əsasən, Azərbaycanı yarışda ümumilikdə 10 kişi cüdoçu təmsil etməli idi. Lakin onlardan Rüstəm Orucov (73 kq) koronavirusa yoluxduğu üçün yarışa buraxılmayacaq.

Son xəbərlər

Orphus sistemi