Azərbaycan cüdoçularının Avropa çempionatındakı hədəfi açıqlanıb

Azərbaycan cüdoçularının Avropa çempionatındakı hədəfi açıqlanıb "Ümidvarıq ki, nəticələrimiz gözləntilərimizdən daha artıq olacaq".
Fərdi
28 Aprel , 2022 17:34
Azərbaycan cüdoçularının Avropa çempionatındakı hədəfi açıqlanıb
Rövşən Rüstəmov

"Ümidvarıq ki, nəticələrimiz gözləntilərimizdən daha artıq olacaq".

Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Rövşən Rüstəmov aprelin 29-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatında Azərbaycan yığmasından gözləntiləri barədə danışarkən deyib.

Federasiya rəsmisi nüfuzlu yarışa kifayət qədər ciddi hazırlaşdıqlarını vurğulayıb: "ACF rəhbərliyi dəyişdikdən sonra milli komandaya yeni baş məşqçi və performans direktoru təyin olunub, yeni baxış formalaşıb. Yarışa çox ambisiyalı heyətlə qatılırıq".

Xatırladaq ki, mayın 1-dək davam edəcək Avropa çempionatına Azərbaycanın 9 kişi və 2 qadın cüdoçusu yollanıb. Kişilərin mübarizəsində Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, İbrahim Əliyev (hər ikisi 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) qüvvəsini sınayacaq. Qadınlardan isə Şəfəq Həmidova və Ramilə Əliyeva (hər ikisi 48 kq) medal uğrunda yarışacaq.

Son xəbərlər

Orphus sistemi