Azərbaycan çempionu: "Hər kəs ən yaxşı oyununu göstərməyə çalışdı"

Azərbaycan çempionu: "Hər kəs ən yaxşı oyununu göstərməyə çalışdı" Azərbaycan çempionatında hər kəs ən yaxşı oyununu göstərməyə çalışdı. "Report" xəbər verir ki bunu şahmat üzrə Azərbaycan çempionatının qalibi Günay Məmmədzadə deyib. Şahmatçı yarışın maraqlı keçdiyini vurğulayıb: "Yarış çox maraqlı keçdi. İlk də
Fərdi
15 fevral 2025 16:34
Azərbaycan çempionu: Hər kəs ən yaxşı oyununu göstərməyə çalışdı

Azərbaycan çempionatında hər kəs ən yaxşı oyununu göstərməyə çalışdı.

"Report" xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionatının qalibi Günay Məmmədzadə deyib.

O, yarışın maraqlı keçdiyini vurğulayıb:

"Çempionat çox maraqlı keçdi. İlk dəfə idi belə formatda oynayırdıq. Uduzan çempionatı tərk edirdi. Hər bir şahmatçı ən yaxşı oyununu göstərməyə çalışdı. Mənim üçün də kifayət qədər maraqlı və çətin oldu. Hər oyun digərindən maraqlı idi. Xüsusən də tay-breklər. Şadam ki, çempionatı qələbə ilə başa vurdum".

Qrossmeyster öz gücünə inandığını vurğulayıb:

"Yarış asan deyildi, çünki illər boyunca birlikdə turnirlərdə çıxış etdiyiniz komanda yoldaşlarınıza qarşı oynayırsınız. Bu oyundur, hər kəs əlindən gələni edir. Mən də özümə inanırdım".

Qeyd edək ki, qadınların yarışında Günay Məmmədzadə finalda Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib.

Son xəbərlər

Orphus sistemi