Azərbaycan boksçusu məğlubiyyətini hakim haqsızlığı ilə əlaqələndirib

Azərbaycan boksçusu məğlubiyyətini hakim haqsızlığı ilə əlaqələndirib "Qəbələ gözləyirdim. Lakin mənə elə gəlir ki, bir qədər hakim haqsızlığı oldu".
Fərdi
1501
31 İyul , 2021 08:27
Azərbaycan boksçusu məğlubiyyətini hakim haqsızlığı ilə əlaqələndirib
Cavid Çələbiyev

"Qələbə gözləyirdim. Lakin mənə elə gəlir ki, bir qədər hakim haqsızlığı oldu".

"Report"un məlumatına görə, bunları Azərbaycan boksçusu Cavid Çələbiyev (63 kq) Toki-2020 Yay Olimpiya Oyunlarında Ermənistan təmsilçisi Ovanes Baçkovla keçirdiyi 1/8 final görüşü barədə danışarkən deyib.

29 yaşlı idmançı əvvəlki olimpiadalarda olduğu kimi, yenə hakim haqsızlıqları ilə üzləşdiklərini bildirib: "Birinci raundu qazandıqdan sonra ikinci raundda da demək olar ki, qalib olmuşdum. Sadəcə, ikinci raudda qələbəni qarşı tərəfə verdilər. Həmişəki kimi, Tokio-2020-də də haqsızlıqla üzləşdik. Bu, hakimlərin haqsızlığından irəli gəlir".

Qeyd edək ki, Cavid Çələbiyev Ovanes Baçkova 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi