Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib

Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib Azərbaycanın üç boksçusu - Maqsud Xasmetov, Ümid Rüstəmov və Ruslan Rüstəmov Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında ilk görüşlərini qələbə ilə başa vuraraq yarımfinala vəsiqəni, həmçinin bürünc medalları təmin edib.
Fərdi
15 May , 2024 16:00
Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib

Azərbaycanın daha üç boksçusu Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında ilk görüşlərini qələbə ilə başa vuraraq yarımfinala vəsiqəni, həmçinin bürünc medalları təmin edib.

Boks Federasiyasından “Report”a verilən məlumata görə, Maqsud Xasmetov (60 kq) 1/4 finalda rusiyalı Nurlan Səfərovu məğlub edib.

Boksçumuz 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə qələbə qazanıb. Xasmetov yarımfinalda Denis Parilovla (Rusiya) üz-üzə gələcək.

Ümid Rüstəmov (57 k1) da adını yarımfinala yazdırıb. O, 1/4 finalda Rusiya çempionu Yevgeni Lyaşkovu mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Rüstəmov ikinci qarşılaşmasında Maksim Pankovla (Belarus) döyüşəcək.

Ruslan Rüstəmov (63,5 kq) isə 1/4 finalda Aleksandr Kirsanovdan (Rusiya) güclü olub. Boksçumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, finala gedən yolda Nikita Birenkovu (Rusiya) sınağa çəkəcək.

Yığmamızın digər üzvlərindən Mirşərif Kazımzadə (75 kq) finala vəsiqə üçün Yeqor Şapoçanski (Rusiya) ilə, İlqar Salahov (67 kq) isə Ruslan Abdullayevlə (Özbəkistan) qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarışda yarımfinal qarşılaşmaları mayın 17-də olacaq.

Son xəbərlər

Orphus sistemi