Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar Azərbaycan boksçuları Rusiyanın Xabarovsk şəhərində keçirən Konstantin Korotkov Memorialını 5 medalla başa vurub.
Fərdi
18 May , 2024 16:47
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar

Azərbaycan boksçuları Rusiyanın Xabarovsk şəhərində keçirən Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar.

Boks Federasiyasından "Report"a verilən məlumata görə, millinin heyətində Maqsud Xasmetov (60 kq) turnirin qalibi olub.

O, finalda Dilşod Abdumurodova (Özbəkistan) qalib gəlməklə Xabarovskda Azərbaycan himnini səsləndirib.

Xasmetovdan fərqli, Ruslan Rüstəmov (63,5 kq) finalda məğlub olub. Həlledici görüşdə Sandan Sandarov (Rusiya) qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.

Beləliklə, millimiz Memorialı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla bitirib.

Azərbaycanlı referi Qalib Əbiyev isə yarışın ən yaxşı 5 hakimi sırasında yer alıb.

Qeyd edək ki, daha öncə Ümid Rüstəmov (57 kq), İlqar Salahov (67 kq) və Mirşərif Kazımzadə (75 kq) 3-cü yeri tutublar.

Son xəbərlər

Orphus sistemi