Azərbaycan bir neçə ölkənin paralimpiya komitələri ilə memorandum imzalayıb

Azərbaycan bir neçə ölkənin paralimpiya komitələri ilə memorandum imzalayıb Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun Syerra-Leoneyə səfəri çərçivəsində bu ölkənin, eləcə də Qvineya və Liberiya Paralimpiya Komitələrinin rəhbər heyəti ilə görüşü baş tutub. Görüş çərçivəsində Azərbaycanla bir
Fərdi
22 May , 2022 13:54
Azərbaycan bir neçə ölkənin paralimpiya komitələri ilə memorandum imzalayıb

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun Syerra-Leoneyə səfəri çərçivəsində bu ölkənin, eləcə də Qvineya və Liberiya Paralimpiya Komitələrinin rəhbər heyəti ilə görüşü baş tutub. Görüş çərçivəsində Azərbaycanla bir neçə ölkənin Paralimpiya komitələri arasında anlaşma memorandumu imzalanıb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüş iştirakçıları Milli Paralimpiya Komitələrinin fəaliyyətləri, ölkələrində idmanın inkişafı haqqında məlumat vermişlər, gələcək əməkdaşlıq mövzusunda geniş müzakirələr aparıblar.

İ.Rəhimov milli paralimpiya komitələrinin davamlı inkişafını təmin etmək məqsədilə digər dövlətlərin paralimpiya komitələri, müvafiq dövlət qurumları, eyni zamanda beynəlxalq təşkilatlarla sıx əlaqədə olmalarını tövsiyə edib.

Eyni zamanda tədbirdə görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi, Liberiya və Qvineyanın da tezliklə IBSA üzv olmaları müzakirə olunub.

Sonra Azərbaycan, Syerra-Leone, Qvineya və Liberiya Paralimpiya Komitələri arasında anlaşma memorandum imzalanıb. Memorandum tərəflər arasında qarşılıqlı əməkdaşlığı və təcrübə mübadiləsini əhatə edir.

Görüşdə Syerra-Leone Olimpiya Komitəsinin, idman federasiyalarının nümayəndələri, eləcə də tanınmış idmançılar da iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi