Azərbaycan badmintonçuları beynəlxalq turnirdə bürünc medal qazanıblar
Fərdi
- 25 sentyabr, 2023
- 07:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın yeniyetmə badmintonçuları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “10th LI-NING Zagreb Youth Open” turnirində bürünc medal qazanıblar.
Azərbaycan Badminton Federasiyasından “Report”a verilən məlumata görə, 15 yaşadək idmançıların qarışıq-qoşa yarışında Əli Gözəlov - Aysu Kərimzadə tandemi bu kateqoriya üzrə turnirin yarımfinalına kimi irəliləyib.
Mübarizəyə 1/32 finaldan başlayan yeniyetmə badmintonçular yarımfinala gedən yolda Macarıstan, Sloveniya, Polşa və Türkiyədən olan rəqiblərinə qalib gələrək, qarışıq-qoşa yarışında ən güclü “dördlüy”ə yüksəliblər.
Əli Gözəlov - Aysu Kərimzadə cütlüyü isə finalın bir addımlığında Rumıniya badmintonçularına 0:2 (20:22, 20:22) hesabı ilə məğlub olublar.
Son xəbərlər
11:27
Mirzoyan: Ermənistan 2027-ci ildə Azərbaycan və Türkiyə ilə normallaşma prosesini davam etdirəcək
Region
11:25
Karapetyan bir aylığına istintaq təcridxanasına göndəriləcək, Tsarukyanın həbs müddəti isə 3 ay uzadılıb - Əlavə edilib
Region
11:22
Pakistandakı "Asaan Khidmat" mərkəzi 171 mindən çox vətəndaşa xidmət göstərib
Xarici siyasət
11:21
Musa Quliyev: DSMF büdcəsi uşağın doğulmasına görə müavinətin 1500 manata artırılmasına imkan yaradır
Milli Məclis
11:20
Foto
Azərbaycanın 842 arıçılıq təsərrüfatında epizootoloji monitorinq keçirilib
Sosial müdafiə
11:19
Azərbaycanda gələn il orta pensiyanın 640 manat olacağı gözlənilir
Maliyyə
11:18
Məcnun Məmmədov: "Akvakultura sahəsində məhsul ixracının 2030-cu ilə qədər artırılması planlaşdırılır"
ASK
11:16
ABİF sahibkarlar üçün yeni "Yaşıl kredit" məhsulunu təqdim edib
Biznes
11:15
Foto
Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir
Elm və təhsil