Azərbaycan avarçəkənləri Qazaxıstanın Uralsk şəhərində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan kayak və kanoe üzrə turnirdə 8 medal qazanıblar.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından "Report"a verilən məlumata görə, təmsilçilərimiz məşqçi Larisa Axundovanın rəhbərliyi altında 2 qızıl, 3 gümüş və 3 bürünc mükafat əldə ediblər.
Cavid Vəlizadə 2 nəfərlik kanoe qayığında 200 metr məsafəyə mübarizədə qızıl, 500 metr məsafəyə yarışda gümüş müdal qazanıb. O, 1 nəfərlik kanoe qayığında 200 və 500 metr məsafələrdə də ikinci olub. Qarışıq komanda yarışında isə idmançımız 500 metr məsafəni üçüncü bitirib.
Emil Zeynalov 2 nəfərlik kayak qayığında qarışıq komanda yarışında 500 metr məsafəni birinci tamamlayıb. Vacib Babayek - Şahin İsayev cütlüyü 2 nəfərlik kayak qayığında, Niyaz Məlikov isə 1 nəfərlik kayak qayığında 500 metr məsafədə üçüncü olub.
Qeyd edək ki, yarışa 5 ölkədən 10-a yaxın komanda mübarizə aparıb.