Azərbaycan atleti: "Olimpiadada uğurlu çıxış etmək olar"

Azərbaycan atleti: "Olimpiadada uğurlu çıxış etmək olar" "Üzərimdə işləsəm, bunu 8,2 və ya 8,3 metr də edə bilərəm"
Fərdi
5 İyun , 2023 17:01
Azərbaycan atleti: Olimpiadada uğurlu çıxış etmək olar

"Qaçışda, tullanmada hələ də müəyyən problemlər var. Bunları tam şəkildə aradan qaldırsaq, Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq və orada uğurlu çıxış etmək olar".

Bunu "Report"a müsahibəsində Azərbaycan atleti Nazim Babayev deyib.

Artıq uzunluğa tullanma növündə çıxış edən idmançı hazırda əsas məqsədinin avqustdakı dünya çempionatına lisenziya qazanmaq olduğunu bildirib: "Beş yarışın hamısında 7,9 metrdən yuxarı nəticə göstərsəm, mundiala qatılacağam. Olimpiya ilində də bu növə tam köklənmək niyyətindəyəm. Uğuru hiss edən və bunun arxası ilə gedən insanam. Cəmi üç həftə məşq etmişəm və 8 metr nəticə göstərmişəm. Üzərimdə işləsəm, bunu 8,2 və ya 8,3 metr də edə bilərəm".

Nazim Babayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi