Azərbaycan atleti Avropa çempionatında finala yüksəlib

Azərbaycan atleti Avropa çempionatında finala yüksəlib Hayle İbrahimov ilkin mərhələdə qalib olub
Fərdi
4 Mart , 2017 09:58
Azərbaycan atleti Avropa çempionatında finala yüksəlib

Bakı. 4 mart. REPORT. AZ/ Azərbaycan atleti Hayle İbrahimov Serbiyanın paytaxtı Belqradda qapalı məkanda keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 27 yaşlı idmançı 3000 metr məsafəyə qaçışda həlledici mərhələyə vəsiqə qazanıb. O, yarımfinal mərhələsində öz yarımqrupunun 12 iştirakçısı arasında 7 dəqiqə 57,74 saniyə nəticə ilə birinci olub. İbrahimov türkiyəli Aras Kara (7:58,61), almaniyalı Rixard Ringer (7:58,77), ispaniyalı Adel Mexaal (7:58,94) və italiyalı Yemaneberhan Krippa (7:59,76) ilə birgə mərhələ adlayıb. Digər yarımqrupdan isə finala isveçli Yonas Leanderson (7:54.93), italiyalı Maruan Razine (7:55,17), norveçli Henrik İngebriqtsen (7:55,26), ispaniyalı Karlos Mayo (7:55,58), türkiyəli Ali Kaya (7:56,36), avstriyalı Andreas Voyta (7:56,52) və türkiyəli Ramazan Özdemir (7:59,35) yüksəlib.

Azərbaycan təmsilçisi yarışın rəsmi saytına açıqlamasında deyib: "Bu, hələ ilkin mərhələ idi. Qaçışım yaxşı alındı. Amma mən enerjimi həlledici mərhələyə saxlamışam".

Final mərhələsinə martın 5-də Bakı vaxtı ilə saat 19:55-də start veriləcək. 

Son xəbərlər

Orphus sistemi