Avstraliyalı tennisçi yarışlardan kənarlaşdırılıb

Avstraliyalı tennisçi yarışlardan kənarlaşdırılıb Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) antidopinq qaydalarının pozulmasına görə Avstraliyalı tennisçi Maks Pörselli yarışlardan müvəqqəti olaraq kənarlaşdırıb.
Fərdi
23 Dekabr , 2024 10:42
Avstraliyalı tennisçi yarışlardan kənarlaşdırılıb

Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) antidopinq qaydalarının pozulmasına görə avstraliyalı tennisçi Maks Pyorselli yarışlardan müvəqqəti olaraq kənarlaşdırıb.

"Report" xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.

Tennisçi antidopinq qaydalarını pozduğunu etiraf edib və müvəqqəti diskvalifikasiya ilə razılaşıb. Onun yarışlardan kənarlaşdırılması ilə bağlı qərar dekabrın 12-dən qüvvəyə minib. Hazırda işə baxılır və kənarlaşdırma müddəti sonradan müəyyən ediləcək.

26 yaşlı idmançı Peşəkar Tennisçilər Assosiasiyasında (ATP) cütlüklərin reytinqində 12-ci yeri tutur. Tennisçinin təşkilatın himayəsi altında cütlüklərin yarışında 8 qələbəsi var. O, ABŞ Açıq çempionatında cütlüklərin yarışının hazırkı (2024), həmçinin 2022-ci ildə keçirilən "Uimbldon" turnirinin qalibidir.

Qeyd edək ki, fərdi yarışlardakı göstəricilərinə görə M.Pyorsell 105-ci yeri tutur. Onun ATP-də qələbəsi yoxdur. İdmançının "Böyük Dəbilqə" turnirlərdə ən yaxşı nəticəsi ikinci mərhələyə çıxmasıdır.

Son xəbərlər

Orphus sistemi