Avropa çempionu olan güləşçi: "Azərbaycan bayrağını ucalara qaldırdığım üçün fəxr edirəm"

Avropa çempionu olan güləşçi: "Azərbaycan bayrağını ucalara qaldırdığım üçün fəxr edirəm" Azərbaycanın bayrağını ucalara qaldırdığım üçün fəxr edirəm.
Fərdi
10 aprel 2025 22:50
Avropa çempionu olan güləşçi: Azərbaycan bayrağını ucalara qaldırdığım üçün fəxr edirəm

Azərbaycan bayrağını ucalara qaldırdığım üçün fəxr edirəm.

Bunu “Report”a açıqlamasında, Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili deyib.

125 kq çəki dərəcəsində uğura imza atan pəhləvan fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün xoşbəxt olduğunu söyləyib:

"Final görüşüm həqiqətən çətin keçdi. Lakin sonda qalib olduğum üçün sevincliyəm. Mənə dəstək olan hər kəsə, o cümlədən Azərbaycan Güləş Federasiyasına minnətdarlığımı bildirirəm. Çalışdım ki, verilən tapşırıqların öhdəsindən layiqincə gəlim. Azərbaycan bayrağını ucalara qaldırdığım üçün fəxr edirəm".

Qeyd edək ki, Giorgi Meşvildişvili finalda Solomon Manaşvilini (Gürcüstan) məğlub edərək qızıl medala sahib çıxıb. Ümumilikdə yarışı 1 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vuran yığma 119 xalla komanda hesabında birinci yeri tutub.

Son xəbərlər

Orphus sistemi