Taekvondoçularımız Avropa çempionatını iki medalla başa vurdu - YENİLƏNİB

Taekvondoçularımız Avropa çempionatını iki medalla başa vurdu - YENİLƏNİB Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa çempionatının son günündə Azərbaycanın iki taekvondoçusu mübarizə aparıb
Fərdi
11 Aprel , 2021 15:38
Taekvondoçularımız Avropa çempionatını iki medalla başa vurdu - YENİLƏNİB

Azərbaycan taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatınında mübarizəni başa vurublar. "Report"un məlumatına görə, sonuncu yarış günündə Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (+87 kq) çıxış edib.

Qobadi əvvəlcə Yunanıstan təmsilçisi Nikolaos Tzellosu 10:6 hesabı ilə məğlub etsə də, 1/4 finalda serbiyalı İvan Sapinə uduzub - 13:14.

İsayev isə ilk rəqibi serbiyalı Miloş Qoluboviçi 22:10 hesabı ilə yensə də, yarımfinalın bir addımlığında ispaniyalı İvan Qarsiyaya yenilib - 17:19. Nəticədə millinin hər iki üzvü medalsız qalıb.

Azərbaycan yığması isə Avropa çempionatını iki medalla başa vurub. Kişilər arasında Milad Beigi Hərçəqani (80 kq) gümüş, qadınlardan Minayə Əkbərova (46 kq) isə bürünc medalla kifayətlənib.

11:07

Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa çempionatının son günündə Azərbaycanın iki taekvondoçusu mübarizə aparacaq.

"Report" xəbər verir ki, Payam Qobadi Oğaz 87 kq, Radik İsayev isə 87 kq-dan yuxarı çəki dərəcəsində çıxış edəcək.

Qobadi ilk görüşündə Yunanıstan təmsilçisi Nikolaos Tzellosla, İsayev isə Serbiyadan olan Miloş Qoluboviçlə üz-üzə gələcək.

Qeyd edək ki, əvvəlki yarış günlərində Azərbaycan taekvondoçularından Milad Beigi Hərçəqani (80 kq) gümüş, Minayə Əkbərova (46 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi