Avropa çempionatı: Azərbaycanın şahmat millisi birinci pilləyə yüksəlib
Komanda
- 13 oktyabr, 2025
- 21:21
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında birinci pilləyə yüksəlib.
"Report"un məlumatına görə, buna yığmanın VIII turda Ukraynaya qalib gəlməsi səbəb olub.
Qarşılaşma komandamızın 2,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli mübarizə aparıblar.
Yeganə qələbə Rauf Məmmədovun aktivinə yazılıb. Şəhriyar Məmmədyarov, Eltac Səfərli və Aydın Süleymanlı rəqibləri ilə bərabərə qalıblar.
Kişilərdən ibarət milli sonra bir tur qalmış 13 xalla Ukrayna komandasını qabaqlayaraq birinci yerdədir.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən Avropa çempionatı oktyabrın 14-də başa çatacaq.
Son xəbərlər
10:10
Azərbaycanda pul bazası yanvarda cüzi artıb
Maliyyə10:09
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları yanvarda cüzi artıb
Maliyyə10:07
Foto
"AzerGold" ölkəmizi ümumdünya pul sərgisində təmsil edib
Biznes10:06
Pezeşkian: Tehran-Vaşinqton danışıqlarında İranın milli maraqları nəzərə alınmalıdır
Region10:04
Uruqvaylı futbolçu İspaniya klubuna keçib
Futbol09:56
Gəncədə 24 yaşlı oğlanın öldürülməsi ilə bağlı cinayət işi başlanıb
Hadisə09:55
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Maliyyə09:45
İngiltərə təmsilçisi klub tarixinin ən bahalı transferini gerçəkləşdirib
Futbol09:37