Avropa çempionatı: Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala çıxıb
- 13 iyun, 2023
- 15:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda ermənistanlı Yurik Mxitaryana 8:0 hesabı ilə qalib gəlib.
51 kq-da yer alan Əli Seyidəlili isə yarımfinalda macarıstanlı Peter Totokla bacarmayıb - 0:5.
17:22
Azərbaycanın iki yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, 45 kq çəki dərəcəsində çıxış edən Turan Daşdəmirov və 51 kq-dakı Əli Seyidəlili bu raundadək irəliləyə bilib.
Onlar finala gedən yolda müvafiq olaraq Yurik Mxitaryan (Ermənistan) və Peter Totokla (Macarıstan) üz-üzə gələcəklər.
Bu gün, həmçinin, 4 güləşçi bürünc medal uğrunda görüşə çıxacaq. 48 kq-dakı Elnar Ziyadov Viktor Postikayla (Moldova), 55 kq-dakı Ayxan Cavadov Yuri Karapetyanla (Ermənistan), 80 kq-dakı Elmin Əliyev Giorgi Maxaradze ilə (Gürcüstan), 110 kq-dakı Mahir Qurbanlı isə Tomas Rusi ilə qarşılaşacaq.