Azərbaycanın dörd güləşçisi Avropa üçüncüsü olub
- 13 iyun, 2023
- 17:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın yunan-Roma güləşçisi Mahir Qurbanlı Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında bürünc medal əldə edib.
"Report"un məlumatına görə, 110 kq çəki dərəcəsində yarışan idmançı finlandiyalı Tomas Rusiyə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək 3-cü yeri tutub.
Bununla da Azərbaycanın yunan-Roma güləşçilərinin qitə çempionatında qazandığı medal sayı dördə çatıb. Daha əvvəl Elnar Ziyadov (48 kq), Ayxan Cavadov (55 kq) və Elmin Əliyev (80 kq) Avropa üçüncüsü olublar.
21:10
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 80 kq-da çıxış edən Elmin Əliyev 3-cü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Maxaradzeyə 6:2 hesabı ilə qalib gələrək fəxri kürsüyə qalxıb.
20:37
Azərbaycanın iki yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 48 kq-da Elnar Ziyadov və 55 kq-da Ayxan Cavadov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
İdmançılar medal görüşlərində müvafiq olaraq, moldovalı Viktor Postikaya (7:2) və ermənistanlı Yuri Karapetyana (5:2) qalib gəliblər.
Qeyd edək ki, bu gün həmçinin 80 kq-da Elmin Əliyev və 110 kq-da Mahir Qurbanlı 3-cü yer uğrunda qarşılaşmaya çıxacaqlar.