Kiyevə növbəti hərbi yardım müzakirə edilib
- 15 oktyabr, 2026
- 00:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın Baş naziri Endi Börnhem Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevə növbəti hərbi yardımı, o cümlədən raketlərin verilməsini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin dəftərxanasından bildirilib.
"Uzaqmənzilli raketlərə gəldikdə, liderlər qış ərəfəsində Böyük Britaniyanın Ukraynaya müdafiə dəstəyini necə sürətləndirə biləcəyini müzakirə ediblər", - məlumatda bildirilir.
London Ukraynadakı hərbi əməliyyatlar zamanı tətbiq edilə biləcək innovativ hərbi həllər hazırlamağa davam edəcək. Xüsusən də, söhbət Britaniya silahlarının digər ölkələr tərəfindən Ukraynaya verilən silahlarla uyğunlaşdırılması üçün modifikasiya edilməsindən gedir.
"Böyük Britaniya xaricdən müdafiə silahlarının gələcək tədarükünün təmin edilməsinə yönəlmiş diplomatik səylərini davam etdirəcək", - press-relizdə vurğulanır.