Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının ikinci günündə də iki qızıl medal qazanıblar.
"Report"un məlumatına görə, son olaraq Süleyman Şükürov (81 kq) finalda gürcüstanlı Aleksandre Loladze ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Şükürov yarışın qalibi olub.
Bu gün Vüsal Qələndərzadə (73 kq) qızıl mükafata sahib çıxıb.
Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.
Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, Vüsal Qələndərzadə (73 kq) finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edib.
Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.
Azərbaycanın daha iki gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, bunlar Vüsal Qələndərzadə (73 kq) və Süleyman Şükürovdur (81 kq).
Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.