Avropa çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə vəsiqə qazanıb

Fərdi
  • 03 aprel, 2022
  • 13:39
Avropa çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə vəsiqə qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Murat Lokyayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 97 kq-da çıxış edən idmançı təsəlliverici qarşılaşmada yunanıstanlı Laokratis Kesidislə üz-üzə gəlib.

Rəqibini məğlub edən Lokyayev bürünc medal uğrunda qarşılaşmada avstriyalı Daniel Qastla rəqib olub.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq.

44 filmi