Atıcılıq üzrə Azərbaycan millisinin ənənəvi turnir üçün heyəti müəyyənləşib

Atıcılıq üzrə Azərbaycan millisinin ənənəvi turnir üçün heyəti müəyyənləşib Atıcılıq üzrə Azərbaycan millisinin Almaniyanın Münhen şəhərində keçiriləcək ənənəvi 2024 HN Kuboku üçün heyəti müəyyənləşib.
Fərdi
20 Yanvar , 2024 16:28
Atıcılıq üzrə Azərbaycan millisinin ənənəvi turnir üçün heyəti müəyyənləşib

Atıcılıq üzrə Azərbaycan millisinin Almaniyanın Münhen şəhərində keçiriləcək ənənəvi 2024 H&N Kuboku üçün heyəti müəyyənləşib.

“Report”un məlumatına görə, yığma səfərə 10 idmançı ilə yollanacaq.

Onlardan 6-sı kişi, 4-ü isə qadın atıcıdır. İradə Aşumova və Xanım Astanovanın rəhbərliyi altında Elvin Astanov, Üzeyir Tapdıqlı, Rəsul Məmmədov, Ramiz Xəlilov, İmran Qarayev, Vladislav Kalmıkov, Xanna Əliyeva, Nəzrin Abbaslı, Leyli Əliyeva və Zeynəb Sultanova pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışlarında qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, 2024 H&N Kuboku yanvarın 23-28-i aralığında baş tutacaq.

Son xəbərlər

Orphus sistemi