Daha bir ukraynalı idmançı karyerasını Azərbaycanda davam etdirəcək
Fərdi
- 03 yanvar, 2015
- 16:40
Bakı. 3 yanvar. REPORT.AZ/ Ukrayna Üzgüçülük Federasiyasının daha bir üzvü karyerasını Azərbaycanda davam etdirmək qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə "Sport-express" nəşrinə Ukrayna yığmasının məşqçisi Tamara Tokmaçeva məlumat verib.
Onun sözlərinə görə, Olimpiya mükafatçısı Aleksey Priqorovun ardınca 28 yaşlı suyatullanan Anton Zaxarov da Bakıya gəlmək üzrədir. Məşqçi idmançıların bu addımını maddi vəziyyətlə izah edib.
2003-cü ildə Dünya çempionatının gümüş medalını qazanan Zaxarov 10 metr hündürlükdən suya tullanma üzrə ixtisaslaşıb.
Xatırladaq ki, 2014-cü ildə suyatullanan Aleksey Priqorovla yanaşı, baydarkaçı İnna Osipenko-Radomskaya və gimnast Oleq Stepko Ukraynanı Azərbaycana dəyişiblər.
Son xəbərlər
17:50
Türkiyəli deputat: "Qars–İğdır–Dilucu dəmir yolu nəqliyyat əlaqələrinin inkişafına xidmət edəcək"
İnfrastruktur17:50
Ankarada Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü qeyd olunub
Region17:47
Foto
Azərbaycan ADB ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Energetika17:47
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
Biznes17:40
Yaşar Gülər: Cənubi Qafqazın gələcəyi sülhdə, təhlükəsizlikdə və əməkdaşlıqdadır
Xarici siyasət17:40
İtaliya İspaniya ilə vizasız rejimin dayandırılmasını daha 15 gün uzadıb
Digər ölkələr17:38
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
Futbol17:35
Yaşar Gülər: Azərbaycanla Türkiyə arasında 1918-ci ildə başlayan qardaşlıq bu gün də yaşayır
Xarici siyasət17:35