AİJ İB sədri: "Bu hadisə bir daha Ermənistanın belə tədbirləri keçirməyə hazır olmadığını göstərir"

AİJ İB sədri: "Bu hadisə bir daha Ermənistanın belə tədbirləri keçirməyə hazır olmadığını göstərir" "Bu hadisə bir daha Ermənistanın belə tədbirləri keçirməyə hazır olmadığını göstərir. Bu cür tədbirlərin orada keçirilməməsi üçün əsas verir. Bunu bəyanatla da göstərəcəyik".
Fərdi
15 Aprel , 2023 13:44
AİJ İB sədri: Bu hadisə bir daha Ermənistanın belə tədbirləri keçirməyə hazır olmadığını göstərir

"Bu hadisə bir daha Ermənistanın belə tədbirləri keçirməyə hazır olmadığını göstərir. Bu cür tədbirlərin orada keçirilməməsi üçün əsas verir. Bunu bəyanatla da göstərəcəyik".

“Report” xəbər verir ki, bunu Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin (AİJ İB) sədri Azər İsmayıl Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı baş vermiş təxribatla bağlı idman mediasının iştirakı ilə təşkil edilən etiraz tədbirində deyib.

A.İsmayıl açılış mərasimində Azərbaycan bayrağının yandırılmasının sərt şəkildə qınanıldığını bildirib:

“Bu hadisəyə görə təəssüflənirik. İdman sülh, birlik, dostluqdur. Təəssüf ki, bu ölkədə idman hadisəsi neqativ hadisə ilə yadda qaldı. Baş verəni şiddətlə qınayırıq. Bütün idman ictimaiyyətini bir olmağa və səsimizi beynəlxalq sferaya çatdırmağa çağırırıq. Bu hadisənin Ermənistanın baş nazirinin gözü qarşısında baş verməsi, şəxsin dərhal buraxılması bir daha Ermənistan ictimaiyyətinin nə qədər rasizmə meyilli olduğunu, azərbaycanlılara nifrətinin necə böyük olduğunu göstərir. Azərbaycanın təşkil etdiyi yarışların heç birində bu cür hadisə baş verməyib. Beynəlxalq qurumları, mətbuat təşkilatlarını aktiv olmağa çağırırıq”.

Qurumun İdarə Heyətinin üzvü Sənan Şəfizadə hadisəni biabırçılıq adlandırıb: “Bu, təxribat idi. Hökumət rəsmiləri olan yerdə belə "təhlükəsizlik tədbirləri" olmur. Necə ola bilər ki, akkreditasiyası olan şəxs ora alışqanla keçə bilmişdi?! Azərbaycanda keçirilən yarışlarda dəfələrlə erməni idmançılar iştirak edib. Heç bir halda problem yaşamayıblar, hətta onlar Bakı gəzintisinə də çıxıblar. İdman sülhün carçısıdır. Belə təxribat biabırçılıqdır. Bu hərəkətlə göstərirlər ki, öhdəliklərini yerinə yetirmirlər. Onlar təhlükəsizliyə dövlət zəmanəti vermişdilər. Amma heç açılış mərasimində qorumağı bacarmadılar. Çox düzgün qərardır ki, idmançılarımız artıq vətənə qayıdırlar. Yayacağımız bəyanat Beynəlxalq Atletika Federasiyasına və idman jurnalistləri assosiyasına göndəriləcək”.

Daha sonra müxtəlif saytların baş redaktorları və əməkdaşları çıxış ediblər.

AİJ İB rəhbərliyi jurnalistləri sosial şəbəkələrdə məsələ ilə bağlı aktiv olmağa çağırıb.

Sonda Azərbaycan İdman Jurnalistləri adından Bəyanat qəbul olunub.

Son xəbərlər

Orphus sistemi