ADBTİA-da yeni memorandum imzalandı

ADBTİA-da yeni memorandum imzalandı Razılaşma qarşılıqlı əməkdaşlığa və səmərəli nəticələrə nail olmaq məqsədi daşıyır
Fərdi
7 May , 2021 16:15
ADBTİA-da yeni memorandum imzalandı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) idman tibbi və reabilitasiya sahəsinin inkişafına yeni töhfələrin verilməsi məqsədilə memorandum imzalanıb.

ADBTİA-dan "Report"a verilən məlumata görə, razılaşma Akademiya ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında idman tibbi və reabilitasiya sahəsinin inkişafı üzrə birgə fəaliyyət qurmaqla qarşılıqlı əməkdaşlığa və səmərəli nəticələrə nail olmaq məqsədi daşıyır.

Birgə əməkdaşlığın nəticəsi olaraq, bu sahədə birgə layihələrin həyata keçirilməsi, akademik, elmi tədbir və təlimlərin, konfrans, seminar, simpozium və mühazirələrin, həmçinin ADBTİA-nın bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr üçün Agentliyin tabeliyində olan Reabilitasiya Mərkəzlərində müvafiq təcrübə və təlimlərin keçirilməsi, onun struktur bölmələrinin və tabe qurumlarının əməkdaşları üçün Akademiyada müvafiq ixtisasartırma və ya təcrübə, eləcə də yüksək ixtisaslı peşəkar kadr hazırlığının təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Qarabağ müharibəsini qalibiyyətlə başa vuran ölkə olaraq, reabilitasiya sahəsinə xüsusi diqqət ayırmaq və bu sahədə peşəkar kadrların yetişdirilməsi prioritet mövzulardandır. ADBTİA isə öz növbəsində peşəkar gənc reabilitoloqlar yetişdirərək, bu sahəyə öz töhfəsini verməkdədir.

Son xəbərlər

Orphus sistemi