ACF-nin vitse-prezidenti: İnanırıq ki, cüdoçularımız Azərbaycanı Paris-2024-də layiqincə təmsil edəcəklər

ACF-nin vitse-prezidenti: İnanırıq ki, cüdoçularımız Azərbaycanı Paris-2024-də layiqincə təmsil edəcəklər Məqsədimiz odur ki, Elnur Məmmədlidən sonra başqa cüdoçularımız da Olimpiya çempionu olsunlar.
Fərdi
18 İyul , 2024 09:59
ACF-nin vitse-prezidenti: İnanırıq ki, cüdoçularımız Azərbaycanı Paris-2024-də layiqincə təmsil edəcəklər

İnanırıq ki, cüdoçularımız Azərbaycanı Paris-2024-də layiqincə təmsil edəcəklər.

Bunu “Report”a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli deyib.

ACF rəsmisi Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçularından uğurlu çıxış gözlədiyini söyləyib:

“Azərbaycanın nə qədər dünya və olimpiya çempionları çox olsa, bizim üçün sərvət sayılır. Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiada ərəfəsində mundialın qalibi oldular. Bu, böyük idman hadisədir. İnanırıq ki, Parisdə medalçılar sırasına düşə biləcəklər. Ümumiyyətlə, məqsədimiz odur ki, Elnur Məmmədlidən sonra başqa cüdoçularımız da olimpiya çempionu olsunlar".

E.Məmmədli yarış öncəsi hər bir Azərbaycan cüdoçusunda yüksək əhval-ruhiyyənin olduğunu bildirib:

“Azərbaycan Cüdo Federasiyası olaraq yarış üçün bütün lazımi işləri görmüşük. Hazırda olimpiada öncəsi sonuncu təlim-məşq toplanışını keçiririk. İdmançılarımız qısa fasilələrlə məşqlər edirlər və istirahətə az zaman ayrılır. İnanırıq ki, cüdoçularımız Azərbaycanı Paris-2024-də layiqincə təmsil edəcəklər”.

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı 15 idman növü üzrə 17 proqramda Azərbaycanı təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi