ACES Europe prezidenti: "Bakı hər sahədə dünyada çox vacib bir şəhərdir"

Fərdi
  • 16 dekabr, 2025
  • 17:30
ACES Europe prezidenti: Bakı hər sahədə dünyada çox vacib bir şəhərdir

Bakı təkcə idman baxımından deyil, ümumiyyətlə, hər sahədə dünyada çox vacib bir şəhərdir.

"Report"un məlumatına görə, bunu Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES Europe) prezidenti Can Françesko Lupatelli Bakının "Dünya İdman Paytaxtı" elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimində deyib.

O bildirib ki, Bakı böyük idman tədbirlərinə ev sahibliyi etmək üçün ideal paytaxtdır:

"Bilirik ki, Bakı təkcə idman baxımından deyil, ümumiyyətlə, hər sahədə dünyada çox vacib bir şəhərdir. Dünya İdmanının əvvəlki paytaxtı Monako idi. Biz bu gün böyük sevinc hissi ilə "Dünya İdman Paytaxtı" titulunu rəsmən Bakıya təqdim edəcəyik. İnanırdıq ki, Bakı bu işin öhdəsindən layiqincə gələcək".

Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.

Son xəbərlər

Bütün Xəbər Lenti