ABŞ-də olimpiadanın ikiqat mükafatçısı həbs edilib
Fərdi
- 04 yanvar, 2025
- 04:48
ABŞ-də 100 metr məsafəyə qaçış üzrə ikiqat olimpiya mükafatçısı Fred Kerli Mayami-Biçdə həbs edilib.
“Report” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Kerli əvvəlcə avtomobili ilə bağlı polislə danışıb, daha sonra ərazini tərk etməkdən imtina edərək aqressiv davranışlar göstərməyə başlayıb. Bundan sonra idmançıya qarşı tapança tipli elektroşokerdən istifadə edilib və o, saxlanılıb.
İdmançı polis əməkdaşına hücum etmək, ictimai asayişi pozmaq və polisə müqavimət göstərməkdə şübhəli bilinir. Kerlinin 29 yaşı var. O, son iki Olimpiadada 100 metr məsafəyə qaçışda medal qazanıb - Tokioda gümüş və Parisdə bürünc. Onun dünya çempionatında da üç qələbəsi var.
Son xəbərlər
11:00
"Neftçi"nin keçmiş futbolçusu Honda 40 yaşında Sinqapur çempionatında debüt edib
Futbol10:51
Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Sənaye10:46
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Mədəniyyət siyasəti10:43
İCESCO-nun ofis direktoru: Üzeyir bəy yaradıcılığı bütün dünyaya bir daha sübut edir ki, musiqinin dili olmur
Mədəniyyət siyasəti10:37
Murad Hüseynov: Türk Dünyası Bəstəkarlarının Qurultayı yaradıcılıq əməkdaşlığına töhfə verəcək
Mədəniyyət siyasəti10:35
Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43%-ə yaxın artırılır
Maliyyə10:29
XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət10:21
İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
Digər ölkələr10:17