AAF-ın vitse-prezidenti: IWF prezidenti ilə beynəlxalq yarışların Azərbaycanda keçirilməsini müzakirə etdik

AAF-ın vitse-prezidenti: IWF prezidenti ilə beynəlxalq yarışların Azərbaycanda keçirilməsini müzakirə etdik Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Mohəmməd Caludla mötəbər yarışların Azərbaycanda keçirilməsini müzakirə etdik.
Fərdi
3 aprel 2024 13:29
AAF-ın vitse-prezidenti: IWF prezidenti ilə beynəlxalq yarışların Azərbaycanda keçirilməsini müzakirə etdik

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Mohəmməd Caludla mötəbər yarışların Azərbaycanda keçirilməsini müzakirə etdik.

Bunu “Report”a açıqlamasında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Tailanda səfəri zamanı keçirdiyi görüşlər barədə danışarkən deyib.

IWF-nin Xüsusi Konqresinə qatılan federasiya rəsmisi görüşlərin səmərəli alındığını bildirib: “Tailanda səfərimizin məqsədlərindən biri də məhz IWF-nin Xüsusi Konqresində iştirak etmək və qurumun prezidenti Mohəmməd Caludla görüşmək, bir sıra məsələləri müzakirə etmək idi. Deyə bilərəm ki, səmərəli görüşümüz alındı. Federasiya olaraq beynəlxalq əlaqələrə böyük önəm veririk. Düşünürük ki, ölkəmizdə ağırlıqqaldırmanın inkişafı üçün bu məqam çox vacibdir”.

Firdovsi Umudov tərəfdaşlığın daha da möhkəmləndiriləcəyinə inandığını söyləyib: “Beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi, idmanın elmi tərəfinə diqqətin artırılması, bir sıra layihələrin həyata keçirilməsini də müzakirə etdik. IWF prezidenti federasiyamızın fəaliyyətindən razılığını bildirdi, uğurlar arzuladı, əməkdaşlıq və tərəfdaşlığımızın möhkəm və davamlı olacağına əminliyini qeyd etdi”.

Qeyd edək ki, Azərbaycan ağırlıqqaldıranları Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi