Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb

Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb.
Energetika
19 İyun , 2022 18:37
Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb

Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb.

Bu barədə “Report” “Bnr.bg”yə istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan qazının Komotini-Stara Zaqora kəməri ilə Yunanıstandan Bolqarıstana sınaq nəqlinə bu gün başlanılıb, sınaq işləri ayın sonunadək davam edəcək.

2022-ci il iyulun 1-dən razılaşdırılmış 1 milyard kubmetr həcmində tədarüklərə başlanacağı gözlənilir.

Qeyd edək ki, Komotinidəki boru kəməri və Aleksandrupolis yaxınlığındakı terminal Bolqarıstan və region ölkələrinə Cənub Qaz Dəhlizindən qaz almağa imkan verəcək.

Xatırladaq ki, apreldə Rusiyanın “Qazprom” şirkəti Bolqarıstana qaz nəqlini dayandırdığını bəyan edib, çünki Bolqarıstan tərəfi onun şərtləri ilə tədarük haqqını ödəməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi